Piping Rock böyük fəxrlə dünyanın 160 ölkəsinə ixrac edir!

Beynəlxalq Daşınma Qiymətləri

Beynəlxalq daşınma qiymətləri sifarişin çəkisinə əlavə olaraq çatdırılma məntəqəsinə əsaslanır.

Yükün çatdırılma qiymətini bilmək üçün sadəcə istədiyiniz malları səbətə əlavə edin və sifarişi rəsmiləşdirin.

Bizim məhsullarımız Birləşmiş Ştatların Nyu-York ştatında istehsal olunur və çatdırılır, biz bütün dünya üzrə müştərilərimizə xidmət göstəririk. Biz beynəlxalq səviyyədə daşınma etmək üçün bir sıra daşınma variantları təklif etməkdən qürur duyuruq. Siz ödəniş zamanı daşınma şirkətini seçmək imkanına malik olacaqsınız.

İdxal Vergi və Rüsumları

Beynəlxalq səviyyədə sifariş etdikdə siz gözlənilən idxal rüsumları, tarif və ya broker xərcləri ilə rastlaşa bilərsiniz, sifarişiniz çatdırılmaya bilər və ya gömrük orqanı sizin sifarişinizi yoxladıqdan sorna karantinə ala bilər və ya bizə geri göndərə bilər.

Sifarişinizə tətbiq oluna bilən istənilən rüsumlar, tariflər, broker xərcləri, karantin qiymətləri və ya yerli vergilər sizin öhdəliyiniz altındadır. Biz sizin sifarişinizə tətbiq oluna biləcək ölkəyə xas rüsumlar, tariflər, broker xərcləri və ya vergiləri ehtimal edə və ya qiymətləndirə bilmərik. Bu ödənişləri araşdırmaq və anlamaq və tətbiq olunan kimi ödəmək sizin öhdəliyiniz altındadır.

Bir daha qeyd edirik ki, bizim qiymətlərimiz bu əlavə xərcləri əks etdirmir. Bu qiymətlər yerli gömrük idarələri tərəfindən müəyyən olunur və biz bu xərclərə görə heç bir məsuliyyət daşımırıq.

Qiymət Bəyannaməsi və Məhsul Təsviri

Beynəlxalq yükdaşıma qanunlarına əsasən, sizin daşınma etiketiniz sifarişin tam dəyərini, çatdırılma qiyməti çıxılmaqla qeyd edəcək.

Biz hər bir sifariş üçün məhsulun adını və sayını qeyd edən siyahı təqdim edirik.

Əlaqə Məlumatlarının Əhəmiyyəti

Sifarişinizi təqdim etməzdən öncə, bir daha yoxlamağı və çatdırılma ünvanı, telefon nömrəsi və e-poçt ünvanının daxil edildiyindən və 100% dəqiq olduğundan əmin olun. Beynəlxalq çatdırılma xidmətləri bu məlumatları hər hansı gecikmə və ya sifarişinizin çatdırılması ilə bağlı problem olduqda sizinlə əlaqə yaratmaq üçün tələb edirlər.

Çatdırılma Məhdudiyyətləri

Ölkədən ölkəyə fərqlənən müəyyən çatdırılma məhdudiyyətlər və qadağan olunmuş məhsullar səbəbindən biz bəzi məhsulları və inqrediyentləri müəyyən məkanlara çatdıra bilmirik. Bu məhdudiyyətlər istənilən vaxt dəyişdirilə bilər. Sizin rahatlığınız üçün hal-hazırda çatdırılma məhdudiyyətləri tətbiq olunan siyahı tərtib etmişikburadan əldə edə bilərsiniz və məhdudiyyətlər dəyişdikcə siyahını yeniləyəcəyik.

Siyahıdan əlavə, icazə verilən və qadağa qoyulan məhsullar haqqında yerli Gömrük orqanlarından məlumat əldə etməyinizi məsləhət görürük.

Çoxdəfəli çatdırmalar

İri həcmli sifarişlər və təsdiq olunmamış sifarişlər halında sifarişinizi bir neçə yerə bölə bilərik. Baş verən zaman siz əlavə çatdırmalara görə xərc çəkməyəcəlsiniz.  Sizin ödədiyiniz çatdırılma xərcləri çoxdəfəli çşatdırılma zamanı bir neçə yerə bölünəcəkdir. 

Gömrük Məlumatı

Piping Rock Sağlamlıq Məhsulları imtina edilmiş və ya çatdırılması üçün gömrük tərəfindən saxlanılan paketlər üzrə məsuliyyət daşımır.

Sizin sifarişinizi çatdırmaq və ya tərəfinizdən əldə olunmasına təsir edən bir sıra ölkəyə məxsus qanunlar, qaydalar və məhdudiyyətlər mövcuddur. Sifariş etdiyiniz məhsullara tətbiq oluna biləcək tənzimləmələr və məhdudiyyətlər haqqında məlumat əldə etmək üçün gömrük ofisi ilə əlaqə saxlamağınızı tövsiyə edirik. Yerli gömrük tənzimləyiciləri yerli qanunlara əsasən sifarişinizi gecikdirə və ya çatdırılmasından imtina edə bilərlər.

Bütün beynəlxalq sifarişlər sifariş olunan gündən etibarən 60 gün ərzində qaytarıla bilər. Siz yalnız açılmamış məhsulu geri qaytara bilərsiniz. Qeyd etməliyik ki, sifarişiniz qadağan olunmuş və ya məhdudlaşdırılmış səbəblərdən, düzgün olmayan çatdırılma ünvanı, gömrük rüsumlarının ödənişindən imtina və ya sifarişiniz qəbul olunmadığı halda, həmçinin, sifarişinizi qəbul edəcək heç bir şəxs olmadığı halda ödənişinizi geri qaytaracağıq. Siz sifarişin tam məbləğini, çatdırılma xərci çıxılaraq, və  bütün endirimlər. Siz anbar rüsumları və ya poçtun geri qaytarılması ödənişləri üzrə məsuliyyət daşıyacaqsınız.

Sifarişin geri qaytarılması ödənişi geri qaytarılacaq ödənişdən daha çox olarsa, biz daşıyıcıdan sizin sifarişinizi ləğv etməyi xahiş edəcəyik və siz bu halda kredit əldə etməyəcəksiniz. Məhsul gömrük orqanları tərəfindən müsadirə olunarsa sizə həmin məhsula görə kredit əldə etməyəcəksiniz.

Paket geri qaytarıldıqda, nəzərinizə çatdırmaq istəyirik ki, qaytarılmış paket anbara çatmamış ödəniş geri qaytarıla bilməz. 

Qeyd:

Çatdırılma metodu olaraq DHL Express və ya UPS seçirsinizsə, orada izlənmə məlumatı daxil edilir və Airmail-dən daha sürətli çatdırılır.

Lakin bu opsiyanın tərkibində izləmə məlumatı yoxdur, onun çatdırılması daha çox vaxt tələb edir. Biz aviapoçt ilə göndərilən lakin itirilmiş sifarişlərin pulunu qaytara bilməyəcəyik.

Ölkənizi siyahıda görmürsünüz?

Ölkənizi çatdırılma siyahısında olub-olmamasını öyrənmk üçün  customerservice@pipingrock.com elektron poçt ünvanı ilə müştəri xidməti departamenti ilə əlaqə qurmağa dəvət edirik!

Beynəlxalq Müştəri Xidməti

SBeynəlxalq daşınmaya aid sualınız, şərhiniz və ya probleminiz varsa, bizim müştəri xidməti departamenti ilə aşağıdakı elektron poçt ünvanı ilə əlaqə saxlayın: customerservice@pipingrock.com, sizə tezliklə cavab verməyə şad olacayıq!

Beynəlxalq Çatdırılma Siyasətlərinə Dəyişikliklər

Biz öz qərarımız əsasında Çatdırılma Siyasətinə yenilənmiş şərtləri əlavə edərək istənilən zaman çatdırılma siyasətinə dəyişiklik edə bilərik. Bu qiymətlərə dəyişikliklərə nəzər salmaq sizin məsuliyyətinizdədir. Bu siyasətə və ya digər şərtlərə edilən dəyişikliklərdən sonra sizin Xidmətlərdən davamlı istifadəniz bu dəyişiklikləri qəbul etdiyinizi bildirir.